Dünya 23:18 17.09.2013

Suriya ilə bağlı qətnamə müzakirə olunacaq


BMT Təhlükəsizlik Şurasının üzvləri Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin Nyu-Yorkda Suriyanın kimyəvi silahları ilə bağlı qətnaməni müzakirə edəcək. Bunu ABŞ-ın BMT-dəki nümayəndəliyinin mətbuat katibi Erin Pelton bildirib.

"Danışıqlarda konstruktiv atmosferi qorumaq məqsədilə nə görüşə dair detallar, nə də qətnamə layihəsi proses başa çatanadək dərc olunmayacaq" - deyə o qeyd edib.


Qaynar.info