Dünya 17:47 17.10.2019

Suriya Milli Ordusunun itkilərinin sayı açıqlandı

Suriya Milli Ordusu 9 gündür Suriyada keçirilən antiterror əməliyyatı nəticəsində 64 şəhid verib.

Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir ki, oktyabrın 18-də Tel Abyad və Rasulaynın terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməsi nəticəsində 18 döyüşçü şəhid olub, 51-i yaralanıb, 1 döyüşçü isə itkin düşüb.

Antiterror əməliyyatı başlayandan bu günədək Suriya Milli Ordusunun cəmi 64 döyüşçüsü şəhid olub, 187 döyüşçüsü isə yaralanıb.