Dünya 12:22 17.09.2013

Suriyada 6 azərbaycanlı öldürüldü

Suriyada son günlər hökumət qüvvələri ilə gedən döyüşlərdə xarici ölkələrdən olan 30-dan artıq mücahid həlak olub.

APA-nın məlumatına görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Həlak olanlar «Nüsra Cəbhəsi»nin sıralarında döyüşənlərdir. Onların arasında 6 Azərbaycan, 4 Türkiyə, 5 İordaniya, 9 Səudiyyə Ərəbistanı, habelə Əfqanıstan və Pakistan vətəndaşları var.

Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə “Mühacir və Ənsar” qrupunun tərkibindəki azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Həmin döyüşdə daha 4 azərbaycanlı mücahidin də öldüyü bildirilir.

Qeyd edək ki, bu ilin avqust ayının əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edib.

Qaynar.info