Foto 10:15 14.04.2018

Suriyada ABŞ hücumuna qarşı aksiya (FOTOLAR)

Suriyada qərb ölkələrinin hücumuna qarşı nümayişlərə start verilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, əllərində Suriya, Rusiya və İran bayraqları tutan əhali paytaxt Dəməşq küçələrinə toplaşıb. 

Qeyd edək ki, gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa qüvvələri Suriyada kimyəvi silah istifadəsinin iddia edildiyi əraziyə raket hücumu təşkil edib. Bu ölkələr kimyəvi silah istifadəsində Rusiya və Suriyanı ittiham edir.

Raket zərbələrindən sonra Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov açıqlama ilə çıxış edərək hücumun nəticəsiz qalmayacağını vurğulayıb.

Gülşən