Siyasət 19:22 11.11.2019

Suriyada dördüncü Türkiyə-Rusiya birgə patrul xidməti başladı

Rusiya və Türkiyə hərbçiləri Suriyanın yeni sərhəd bölgəsinin dördüncü birgə patrul nəzarətini həyata keçirməyə başlayıb. Bu dəfə patrul nəzarəti ümumi uzunluğu 80 km olan bir marşrutu əhatə edir.

Qaynarinfo xəbər verir ki, patrul dəstəsinin təkibində "Tiqr” zirehli maşınları, Rusiya hərbi polisinin BTR-80 –ləri və Türkiyə sərhəd xidmətinin "Kirpi” zirehli texnikaları – ümumilikdə səkkiz hərbi texnika və təxminən 50 hərbi qulluqçu yer alacaq.
Hərbi karvanın hərəkətinə nəzarəti real vaxt rejimində məlumatları qərargahlara ötürən Orlan-10 pilotsuz uçuş aparatı təmin edəcək.

Qeyd edək ki, Suriya ərazisində birgə patrul xidməti Rusiya-Türkiyə anlaşma memorandumu çərçivəsində həyata keçirilir.