Xəbər lenti

Suriyada öldürülən sumqayıtlı gəncin evindən REPORTAJ
Ölkə 11:40 08.02.2014

Suriyada öldürülən sumqayıtlı gəncin evindən REPORTAJ

Ailə üzvləri portalımızın əməkdaşlarını evdən qovublar.

Bildiyimiz kimi, ötən gün mücahidlərə məxsus saytlarda Suriyada daha iki azərbaycanlı gəncin öldürüldüyü barədə xəbər yayılıb.

Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan Fariz adlı şəxs hökumət qüvvələri tərəfindən öldürülüb. Onun Sumqayıtdan olduğu bildirilir. Mücahidlər onun meyitinin və ölümündən əvvəlki fotolarını sosial şəbəkələrdə yayıblar.

Sumqayıt şəhər sakini  Fariz Abdullayevin Suriyada öldürülməsi barədə məlumat aldıqdan sonra hadisə ilə bağlı məlumat əldə etmək məqsədilə onun 42-ci məhəllədə ev ünvanını tapdıq və oraya yollandıq. Qapını Farizin bacısı açdı və bizi evə dəvət etdi. Söhbət əsnasında öyrəndik ki, Fariz ötən ilin mart ayında öz əqidə dostları ilə birgə Turkiyəyə getmək adı ilə evdən çıxıb. Mərhumun 28 yaşı vardı və o Sumqayıt şəhər 29saylı orta məktəbi bitiribmiş. Keçən ilin sentyabr ayına qədər o, ailə üzvlərilə əlaqə saxlayıb. O vaxtdan bəri isə əlaqə kəsilib. Bacısının dediyinə görə, Fariz hərbi xidmətdən gələndən bəri namaz qılır və sələfi təriqətinə inanır. Dostları ilə birgə Əbu-Bəkr məscidinə və Ceyranbatandakı məscidə gedib gəlirmiş. Ailəsi onun Suriyaya getməsindən uzun müddət xəbərsiz olub. Farizin anası oğlunun Suriyaya getdiyini öyrənəndə infarkt keçirib. Fariz özü evdən getdikdən 5 ay sonra Suriyada olduğunu deyib və əlavə edib ki, ora zülmün qarşısını almaq üçün gedib.

Ailəsi onun telefonuna zəng çatdığını və bu dəfə telefonu başqa şəxslərin cavablandırdığını dedi. Həmin şəxslər Farizin şəhid olduğunu anasına deyiblər. Hətta sosial şəbəkələrdə də onun ölüm fotosu yayılıb. Ailəsi Farizlə əlaqəsi kəsidikdən sonra məşhur "Səni axtarıram" verlişinə müraciət edib. Elə bizi də həmin verilişin əməkdaşı hesab etdiklərindən müsahibəyə razılıq verdilər. Hərgah biz onlara Xeberle.com portalından gəldiyimizi söyləmişdik. Biləndə ki, biz ordan deyilik müsahibəni dayandırdılar və qonşu otaqdan - bizə görə, psixi pozğunluğu olduğunu güman etdiyimiz - orta yaşlı bir kişi bizə hücüm çəkdi və dərhal evlərini tərk etməyimizi istədi. Qeyd edək ki, Farizin bacısı bizə öz adını və soyadını deməkdən imtina etdi. Bizi evdən qovan şəxsin Farizlə necə qohumluğunun olduğunu bilmədik, amma həmin şəxsin müəmmalı davranışı bizdə şübhə oyatdı...

Həcər Abbaslı, Ömürtay Şükürlü

Xeberle.com

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->