Video 17:43 31.12.2017

Suriyada tank döyüşləri (VİDEO)

Suriya hökumət qüvvələrinin Dəməşqin şərqində terrorçulara qarşı döyüşlərinin görüntüləri yayılıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, videonu dekabrın 31-də "Al Masdar News” dərc edib.

Döyüşlərdə ağır zirehli texnika və tanklardan istifadə edilib.

Bildirilir ki, döyüşlər dekabrın 29-da başlayıb. 

"Əhrar əş-Şam və "Tahrir əş-Şam” qruplaşmaları hökumət qüvvələrinin mövqelərinə birgə hücuma keçiblər. Yaraqlılar Suriya ordusunun nəzarət etdiyi hərbi bazanı ələ keçirməyi planlaşdırıblar.

Hökumət qüvvələri artilleriya və aviasiyanın dəstəyi ilə hücumun qarşısını ala biliblər. 

Lakin, AMN qeyd edir ki, hərbi baza ətrafında döyüşlər hələ də davam edir.