Dünya 10:51 27.07.2013

Suriyadan Türkiyəyə mərmi atıldı

Türkiyənin Suriya ilə sərhədindəki Şanlıurfa vilayətinə Suriya tərəfdən mərmi düşüb. Suriyalı qaçqınların məskunlaşdığı Ceylanpınar rayonuna düşən mərminin Suriyanın Rəsulayn rayonundan atıldığı bildirilir.

Mərminin tarlaya düşməsi nəticəsində orada işləyən 1 nəfər ölüb, 2 nəfər də yaralanıb. Yaralılardan birinin uşaq olduğu bildirilir.

Suriyanın Rəsulayn bölgəsində gedən atışma səsləri isə Türkiyə sərhədində eşidilir. Dünən tarlaya düşən mərminin səsi də həvəskar kameralara həkk olunub.