Dünya 18:00 31.08.2013

Suriyalılar İraqa axın edir

Avqustun 15-dən etibarən Suriyadan İraqın şimal ərazilərinə qaçqın axını başlayıb.

APA-nın BMT Məlumat Xidmətinə istinadən verdiyi məlumata görə, artıq 42 min Suriya qaçqını İraq ərazisinə keçib. BMT-nin müvafiq qurumları qaçqınlara kömək məqsədilə həmin ərazilərə çadırlar, içməli su, ərzaq məhsulları göndərib. Miqrasiya üzrə beynəlxalq təşkilat isə 38 min qaçqınını İraqın təhlükəsiz ərazilərinə göndərib.

 Qeyd edək ki, Suriyada münaqişə başlayandan bəri 4 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Qaynar.info