Dünya 22:03 10.06.2013

Suriyanın bir şəhərində 100 nəfəri öldürdülər

Suriya prezidenti Bəşər Əsədin tabeliyində olan qüvvələr Quseyr şəhərindən qaçmağa cəhd edən 100 nəfəri qətlə yetirib. 

ANN.Az-ın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, bu haqda müxalifət aktivistləri məlumat verib. 

Onların sözlərinə görə, keçən həftə Suriya ordusu və "Hizbulla" yaraqlıları tərəfindən ələ keçirilən şəhərdən qaçmağa çalışan əhali 3 gündür davam edən pilemyot atəşi və bombardman nəticəsində həlak olub. 

Hadisə zamanı həmçinin çoxlu sayda yaralananlar olub. 

Qaynar.info