Ölkə 10:16 22.07.2013

Sürücülər cəzalandırıldı

Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib.

Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində baş tutub. Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA-nın şimal bürosuna verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 63 sürücü barədə protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb. Həmin sürücülərin 19 nəfəri avtomobilini sərxoş vəziyyətdə, 4 nəfər əlavə avadanlıq quraşdıran, 30 nəfər təhlükəsizlik kəmərindən istifadə etməyən, 3 nəfər sükan arxasında mobil telefonla danışan, 3 nəfər ötmə qaydalarını pozan, 4 nəfər isə digər yol hərəkəti qaydalarına əməl etmədiyinə görə saxlanılıb. Ə. Əsgərbəyli bildirib ki, bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.

Qaynar.info