Video 16:15 12.11.2019

Sürücülərin diqqətinə! "Dönmə işığı"ndan istifadə etməsəniz... (VİDEO)

Təxminən 100 il öncə avtomobillərdə dönmə işığı icad edilib və patentləşdirilib. 1914-cü ildən isə bu işıqlar mexaniki oxlar vasitəsi ilə təhciz olundu. Üzərindən 100 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də küçələrimizdə bu işıqlardan istifadə etməyən sürücülərə rast gəlirik.

Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Bəlkə də, elə  sürücülər də var ki, avtomobildə belə bir funksiyanın olmasından xəbərsizdir. "Vəsiqə var, maşın da həmçinin, çıxdın yola, sür" kimi düşüncəyə sahib sükən döndərənlər də fikayət qədərdir. Dönmə işığından istifadə ilə manevr etmək hərəkətin təhlükəsizliyi üçün vacib olan amillərdən  hesab edilir.

Elməddin Muradlı Ekspert: "Bu əlifbadı. Əgər biz əlifbaya bu cür yanaşırıqsa, deməli, digər qaydalarda da bizim üzləşdiyimiz problemlər də çoxdur. Qaydalar belədir ki, biz hətta zolağı dəyişəndə də, sağa-sola dönəndə də, hərəkətə başlayanda da, dayananda da, mütləq bu siqanallardan istifadə etməliyik.

Amma bəzən elə vəziyyət yaranır ki, hərəkət də iflic olur. Qəzadan da yayınmaq müşkilə çevrilir. Problem təkcə iri şəhərlərdə deyil. Rayonlarda və magistral yolların keçdiyi yaşayış sahələrində bu elemantar siqnaldan istifadə etməmək ağır qəzalara səbəb olur". 

Qeyd edək ki, dönmə işığından istifadə etməməyə görə, 40 manat, əks istiqamətli hərəkət zolağına çıxma zamanı ötmədən əvvəl edilmədikdə 60 manat və 3 cərimə balı nəzərdə tutulur.