Video 21:47 20.04.2018

Sürücülərin diqqətinə! Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq (VİDEO)

Bu gün gecə saatlarından etibarən paytaxtın Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılacaq. Buna səbəb Olimpiya stadionun qarşısından keçən hissəsində yolun təmir edilməsidir. Sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyyə edilir.

Gün ərzində minlərlə avtomobilin keçdiyi paytaxtın ən əsas yollardan birində hərəkət məhdudlaşdırılır. Buna səbəb yolun təmir edilməsidir.

Ərazidə iki yol ayrıcındakı bordürlər və səki daşlarıda yeniləri ilə əvəz edilir. İşlər 2 mərhələdə görüləcək. Əvvəl yolun Sabunçu yol qovşağından üzü şəhər istiqamətinə olan hissəsi təmir ediləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif əsədov isə sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyyə edir. Onun sözlərinə görə üzü şəhər istiqamətinə gələn sürücülər sabuncu yol qovşağından istifadə etməklə Bakıxanov qəsəbəsinə keçərək istənilən istiqamətə gedə bilərlər.Və yaxud hava limanı istiqamətinə hərəkət edən sürüclər Zığ şossesindən də istifadə edə bilərlər.