Ölkə 11:09 23.09.2018

Sürücülərin diqqətinə: paytaxtın bu küçələrində yağışla əlaqədar sıxlıq var

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O bildirib ki, bu səbəbdən də Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətində sıxlıq var.
 
"Yollardakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və hazırda zəruri olan tədbirlər görülür.

Yağışlı hava ilə əlaqədar olaraq Heydər Əliyev prospekti Hava limanı və Zığ dairəsi hava limanı avtomagistralllarında bütün zolaqlar üzrə sürət həddi 20km/saat endirilib. 

Sürücülərdən mövcud vəziyyəti və hava şəraitini nəzərə alaraq ehtiyyatlı olmalarını xahiş edirik".