Ekonomiks 09:46 07.11.2014

Sürücülərin nəzərinə - Bu yol təmirə bağlanır

Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qaynar.info anspress-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən paytaxtın Koroğlu Rəhimov küçəsi təmir işləri ilə əlaqədar 3 gün müddətinə bağlı olacağı bildirilib.

Avtomobil sahiblərinə, sürücülərə təmir işləri başa çatana qədər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qaynar.info