Ölkə 20:41 24.06.2019

Sürücülərin nəzərinə: Bu yoldakı qəza böyük tıxac yaradıb

Ziya Bünyadov prospektində metronun Koroğlu stansiyasına yaxın hissədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nqəliyyat Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, qəza səbəbindən hazırda Böyük Şor qovşağından 20 yanvar dairəsi istiqamətində tıxac yaranıb.