Ölkə 10:32 14.06.2018

Sürücülərin nəzərinə: paytaxtın əsas yollarında hərəkət məhdudlaşdırılacaq

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Azadlıq meydanı, Neftçilər prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu məqsədlə sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

"Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.