Ölkə 13:33 02.05.2013

“Şuşa-beşiyində güllələnmiş mədəniyyət” - Dəyirmi masa

Tədbir Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının qərargahında baş tutub

Mayın 2-də Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının qərargahında Azərbaycanın ən qədim tarixi ərazilərdən biri olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı “Şuşa-beşiyində güllələnmiş mədəniyyət” mövzusunda “dəyirmi masa” keçirilib.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı və Qarabağ QHT Koalisiyasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak edib.

Tədbirdə ermənilərin Şuşa şəhərində milli-mənəvi dəyərlərimiz üzərində törətdikləri vandallıq hərəkətləri, tarixi mədəni abidələrimizin saxtalaşdırılması barədə əldə edilmiş faktları ifşa edən dəlil-sübutlar nümayiş olunub.

Qaynar.info