Foto 09:00 25.02.2018

Suyun üzərində yaşayır, sadəcə dəfn mərasimlərində quruya çıxırlar (FOTOLAR)

Malaziyanın Borneo adasındakı Bajau qəbiləsi dənizdə yaşamaları səbəbindən "Dəniz qaraçıları" adlandırılırlar. Onlar qaraçı olsalar da, köçəri həyat yaşamırlar.

Qaynarinfo xəbər verir ki, evlərini mərcan qayaları üzərində quran və ovladıqları balıqlarla yaşayan bajaular qeyri-adi həyat tərzləri ilə hər kəsi heyrətləndirirlər.

Yerlisi olduqları Sulu adalar qurupuedan anlaşılmazlışlar səbəbindən Malaziyaya köç edən Bajau qəbiləsi günün yarısını suda keçirirlər.

Milliyətləri və torpaqları yoxdur. "Dəniz qaraçıları"nın bütün həyatı bu uçuq-sökük barakalarda keçir. Əsas qida mənbələri balıqdır. Salların üzərində balıq tutub onu yemək və satmaqla həyatlarını davam etdirirlər.

Ailələr sadəcə bazarlıq etmək və ölülərini dəfn etmək üçün sahilə çıxır. Orta hesabla 5-10 nəfərlik ailələrin yaşadığı baraklarda elektrik enerjisi yoxdur. Hər ailədə ən azı 4 uşaq var. Uşaqlar üzməyi və saldan istifadə etməyi kiçik yaşlarından öyrənir. 8 yaşına çatdıqda isə balıq ovuna başlayırlar.

Aydın