Ölkə 18:42 17.04.2014

Söyün Sadıqov övladlarının sirlərini açdı - FOTOLAR

“AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov övladları və onların fəaliyyəti barədə məlumat verib.

 S.Sadıqov bildirib ki, qızı Səbinə Moskvasakı 19 saylı ingilis dilli təmayüllü məktəbi qızıl medalla bitirib.

“Orada birinci sinifdən ingilis dili keçirlər. Bu məktəbə ABŞ prezidentləri Reyqan, Buş və Klinton da gəliblər”,- deyə Söyün Sadıqov bildirib. Onun sözlərinə görə, 1987-ci il təvəllüdlü Səbinə Sadıqova Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, sonra İngiltərədə Oksford Universitetində oxuyub.

“Mən uşaqlarımla xoşbəxtəm, fəxr edirəm” deyən Söyün Sadıqov böyük oğlu, 30 yaşlı Ruslanın indi Almaniyada iri beynəlxalq şirkətdə işlədiyini bildirib: “Digər oğlum Qasım isə mənim davamçımdır-inşaatçıdır”. 

Qeyd edək ki, kiçik oğlu Qasım hazırda 24 yaşındadır.

S.Sadıqov deyib ki, kiçik qızı, 21 yaşlı Sabrina bu il Moskva Dövlət Universitetinin televiziya və jurnalistika fakültəsində diplom müdafiə edəcək.

 “Bütün valideynlərə və uşaqlara sağlamlıq və xoşbəxtlik arzu edirəm. Valideynlər və dövlət üçün ən başlıcası budur”, - deyə o qeyd edib (Modern.az).