Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manata (FOTO)

Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manata (FOTO)

Azərbaycanlı milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus İstanbuldakı tarixi villa satışa çıxarılıb.  

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, 300 illik tarixə malik olan villa 17 milyon lirəyə (təxminən 5 milyon Azn) satışa çıxarılıb.

Tarixi binaların çox olduğu, yerli və xarici qonaqlarında marağına səbəb olan bölgədə yerləşən malikanənin Boğaz mənzərəsi də var. 

İlin müəyyən aylarında milyonçunun nəvələri tərəfindən istifadə edilən və 2400 kvadratmetrdə yerləşən 5 otaq və 2 salondan ibarət olan tarixi villanı almaq istəyənlərin çox olduğu bildirilir.

Qeyd edək ki, birinci dərəcədə tarixi abidə hesab edilən villanın Osmanlı dövründə inşa edildiyi, sonra Azərbaycanlı iş adamı Hacı Zeynəlabidin Tağıyev tərəfindən satın alındığı açıqlanıb.

 
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR