Ekonomiks 18:41 30.12.2017

Taksi şirkətlərinin bayram “sürprizi”: qiymətlər bahalaşdı

Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri gediş haqqını bahalaşdırıb.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, hazırda taksi xidməti göstərən şirkətlərin gediş haqlarında 20-30 faiz, bəzi hallarda isə 40 faizə yaxın artım müşahidə olunur.

Demək olar ki, bütün taksi xidmətlərində baş verən bu artımı operatorlar "pik saatlar”da yolların tıxac olması ilə izah etməyə çalşıblar. Ancaq qeyri-pik saatlarında da taksi sifarişi zamanı bir neçə gün öncə ilə müqayisədə eyni məsafə daha yüksək qiymətlə təklif edilir.

Qeyd edək ki, ölkədə taksi xidmətini bahalaşdıracaq heç bir qiymət dəyişikliyi baş verməyib.