Video 10:36 19.11.2017

Taksi sürücüsü, yoxsa kamikadze? (VİDEO)

Noyabrın 17-də Xırdalan şəhərində əks istiqamətə çıxaraq qəza şəraiti yaradan sürücünün görüntüləri digər avtomobildə quraşdırılan kameraya düşüb.
 
"Qaynarinfo" avtosfer.az-a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 10-OD-502 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Xırdalan şəhərinin Heydər Əliyev prospektində hərəkətdə olarkən 1.1 xəttinin tələbini pozub və əks istiqamətə çıxaraq qarşısındakı avtomobili ötüb. Həmin sürücü ötmə zamanı qaydaları pozmağı azmış kimi, əks istiqamətdən gələn avtomobillərə də təhlükə yardıb.

Bu qaydanı pozduğuna görə sürücü 3 bal-60 manat məbləğində cərimə oluna bilər.
 
Qaynarinfo.Az