Dünya 14:01 15.06.2013

Taksim aksiyaçılarından qərar – DAVAM

Taksim meydanında Gəzi parkı ilə başlanan etiraz davam etdiriləcək. 

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Taksim Həmrəylik Platforması bu gün yaydığı açıqlamada bildirib. Açıqlamada qeyd edilir ki, “bu gündən etibarən bütün respublikaya və dünyaya yayılan mübarizəmizdən gələn dinamiklik və gücümüzlə ölkədə baş verən hər haqsızlığa qarşı mübarizəmizə davam etdirəcəyik”.

  “Taksim Gəzi parkında ağacların kəsilməsilə başlanan etirazımız İstanbul xalqının və Türkiyənin dörd bir yanında olan soydaşlarımızın içərəsində Ədalət və İnkiaşf Partiyasına qarşı on bir il içərisində yığılan qəzəbi ilə tamamlanıb”.   

Etirazın 18-ci günündə də etirzçılar azadlıq və gələcəkləri üçün dirənişlərinə davam edəcəklərini bir daha yaydıqları sənədlərində vurğulayıblar.   

“Tələblərimizi bildirməkdə davam etdirəcəyik. Hazırda 18 gün əvvəllə müqayisədə daha güclü, təşkialtlı və ümidliyik”.   

Türkiyənin prezidenti Abdullah Gül isə sosial şəbəkələrdə hər kəsin evinə dönməsi ilə bağlı yazıb. Qeyd edib ki, görüş və dialoq yollarının açılması demokratik yetkinliyin işarəsidir. “İnanmıram ki, bunlar yaxşı nəticələr verəcək. Artıq hər kəs evinə dönsün”.   

Qaynar.info