Dünya 11:29 29.06.2013

Taksimdə su müharibəsi

Bu gün İstanbulun Taksim meydanında gənclər maraqlı aksiya keçirməyə qərar veriblər. 

Qaynar.info-nun məlumatına görə, bu gün minlərlə gənc Taksim meydanında oyuncaq su tapançaları ilə döyüşəcəyini sosial şəbəkələrdə elan edib. 

"TOMA suyu yoxdursa, o zaman bizim suyumuz var" şüarı altında ənənəvi "Water War" şənliyi çərçivəsində keçiriləcək aksiyada gənclər ifrata varmayacaqlarını bildiriblər. 

Bununla yanaşı aksiya iştirakçıları yalnız hərəyə yarım litr su və 10-15 dəqiqə vaxt təyin ediblər.

Qaynar.info