Dünya 19:48 14.10.2018

Taliban 22 əfqan polisini öldürdü

Əfqanıstanda Taliban polis əməkdaşlarına hücum edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hücumlar zamanı 22 polis əməkdaşı həlak olub, 11 polis isə silahları ilə birlikdə Talibanın əlinə keçib.

İlk hücum Mirzada polis mərkəzinə edilib. Zabul valisi Rəhmətullah Yarmal bildirib ki, tərəflər arasındakı atışma nəticəsində Mirza polis rəisi həlak olub.

Taliban daha sonra Farahda iki polis məntəqəsinə hücum edib. Poşet-e Rud bölgəsində 21 polis əməkdaşı həlak olub. Farah Bölgə Təşkilatının üzvü Gül Əhməd Fakiri Talibanın 11 polisi silahları ilə birlikdə əsir götürdüyünü açıqlayıb.

Talibanın sözcüsü hücumlara görə məsuliyyəti üzərinə götürdüklərini açıqlayıb: "Döyüşçülərimiz iki bölgədə bir polis rəisi və 25 əfqan polisini öldürüb".