Dünya 14:20 15.06.2018

Taliban lideri öldürüldü

Əfqanıstan, Pakistan Talibanı lideri Molla Fəzlullah öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Talibanın Pakistan üzrə lideri Əfqanıstan-Pakistan sərhəddində yerləşən Kunar əyalətində ABŞ-ın pilotsuz uçuş aparatlarından edilən hücum nəticəsində həyatını itirib.

Qeyd edək ki, Əfqanıstanı savaş meydanına çevirən Taliban tarixində ilk dəfə Ramazan bayramı üçün atəşkəs elan etmişdi.
 
Çingiz Səfərli