Foto 12:58 31.12.2017

Tamamilə donan Niaqara şəlaləsindən maraqlı görüntülər (FOTOLAR)

ABŞ-ın şimalını və Kanadanı ağuşuna alan tarixi soyuq hava dalğası məşhur Niaqara şəlaləsinin donmasına səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bütün Kanadanı təsiri altına alan soyuq hava kütləsi əksər ərazilərin donması ilə nəticələnib. -44 dərəcəyə düşən tempratur səbəbindən bəzi şəhərlərdə məcbur qalmadıqca evdən çıxmamaqla bağlı xəbərdarlıqlar edilir.

Niaqara şəlaləsinin Kanada hissəsi tamamilə donub və maraqlı mənzərə yaranıb. Niaqara şəlaləsindən görüntüləri təqdim edirik.

Aydın