Siyasət 18:58 13.12.2018

Tamerlan Qarayev Asiyadan çağırıldı, Avropa ölkəsinə səfir təyin edildi

Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Tamerlan Elmar oğlu Qarayevi Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.

İlham Əliyev başqa bir sərəncamla Tamerlan Qarayevi Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.