Ölkə 20:02 12.10.2017

TANAP üzrə sövdələşmə ilin sonunadək yekunlaşacaq

"SOCAR Turkey" ilin sonunadək Transanadolu boru kəməri (TANAP) layihəsində 7 faizlik iştirak payının əldə olunmasını yekunlaşdıracaq.

Trend.az-ın məlumatına görə, bunu şirkətin rəhbəri Zaur Qəhrəmanov deyib.

O qeyd edib ki, müəyyən ləngimələr hüquqi prosedurlarla əlaqədardır:

"Sövdələşmənin razılaşdırılması dövlət səviyyəsində aparılır, sonra səhmdarlar səviyyəsində olacaq. Bununla yanaşı, layihənin kreditorları xəbərdar edilməlidir. Yəni 20-dən çox institutun razılığı lazımdır. Razılaşdırma prosesi davam edir"

Qaynarinfo.Az