Foto 17:45 17.11.2018

Tanınmış aktrisa Azərbaycandan getdi (FOTOLAR)

Müğənni Aygün Mahmudova Türkiyəyə köçüb. 

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, sənətçi bir neçə gün əvvəl hava limanından fotolarını yayımlayıb. Aygünün ölkədən getməsinin iki səbəbi var. Sənətçi həyat yoldaşı rejissor-aktyor Kənan M.M.-i orada tək qoymaq istəməyib. Belə ki, Kənan İstanbulda "Savaşçı" serialında rol alır və uzun müddət orada qalacaq. 

Digər səbəb isə Aygünün Ebru Gündeşin yeni layihəsində yer almaq istəməsidir. O, türkiyəli ifaçı ilə işbirliyinə başlayıb. Buna görə də Türkiyədə qalmalıdır. 

Qeyd edək ki, Kənanın Aygünlə birlikdə Türkiyəyə köçməsini prodüser Tarix Əliyev "Hər şey daxil" verilişində açıqlamışdı.