Sənət 12:28 23.08.2014

Tanınmış aktyor ağır cərrahi əməliyyat olundu

Dövlət Musiqili Teatrın aktyoru Novruz Qartalın üzərində ağır cərrahi əməliyyat keçirib.

Qaynar.info xəbər verir ki, bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. 

Aktyor deyib ki, hazırda səhhəti normaldır: 

“Qəfildən halım pisləşdi. Məni təcili tibbi yardımla 5 saylı şəhər Xəstəxanasına apardılar. Analizlərdən sonra xəbərdən şoka düşüm. Belimdə şiş yaranmışdı. Ağır bir əməliyyatdan sonra həkimlər o şişi kəsib götürdülər”. 

N. Qartal qarşıdan gələn teatr mövsümündə səhnəyə çıxacağına ümüd edir. 

Qaynar.info