Xəbər lenti

Tanınmış alimdən Təhsil Nazirliyinə 3 təklif
Ölkə 21:04 05.10.2018

Tanınmış alimdən Təhsil Nazirliyinə 3 təklif

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu Təhsil Nazirliyinə 3 təklif təqdim edib. 

Qaynarinfo xəbər verir ki, ekspert bildirib ki, əgər müzakirəyə qəbul olunsa təhsildə nailiyyətləri artırmaq üçün əlavə təkliflər də irəli sürəcək: 

1. Məktəblər arasında aparılan informatika yarışmasının qalibi olan 100 istedadlı və yaradıcı şagird üçün xüsusi qruplar təşkil olunsun. Hər bir şagird ilkin mərhələdə iPad, sonrakı mərhələdə 10.13.02 versiyasindan yuxari səviyyəli Apple kompüterləri ilə təmin edilsin. Bu qrupa daxil olan şagirdlərə dərs vəsaiti kimi Apple saytında, youtube-da yerləşdirilmiş metodiki və təlim materiallarından istifadə edilsin, onlara kodlaşdırma, App yazmaq öyrədilsin. Tədris Apple, Microsoft, Google şirkətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilsin. Eyni zamanda onlara intensiv ingilis dili tədris olunsun. Əminəm ki, bu iş düzgün təşkil olunarsa bir neçə ildən sonra həmin şagirdlər arasında ən azı 10 nəfərin məhsulunu dünya səviyyəsində təqdim olunacaq.

2. Bakı şəhərində, xüsusilə də respublika tabeli şəhərlərdə orta məktəblər wi-fi ilə təmin olunsun. Həmin məktəblərin şagirdlərinə fərdi email hesabları açılsın. Orta məktəblər üçün dərsliklərin, ev tapşırıqlarının və çalışmaların on-line bazası yaradılsın və məktəbdə həmin materialları giriş təmin edilsin ki, uşaqlar kitablarını evdən məktəbə daşımasınlar, onlar internet üzərindən dərsliklərə və dərs vəsaitlərinə giriş əldə etsinlər. 

3. İxtisaslar üzrə dünya reytinqində ilk 100-lükdə təhsil alan bakalavr, magistr, doktorluq proqramı tələbələrinin ödəniş haqları dövlət tərəfindən qarşılansın və onlara yaşadığı ölkənin yaşayış minimumu və dərsliklərlə təminat xərci nəzərə alınmaqla təqaüdlər verilsin.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->