Sənət 17:00 20.01.2020

Tanınmış amerikalı müğənni səhnədə öldü

Amerikalı müğənni Devid Olni Floridada verdiyi konsert zamanı səhnədə dünyasını dəyişib.

Qaynarinfo NME-yə istinadən bildirir ki, müğənninin ölüm səbəbi infarkt olub. Hadisə yerində olan bir həkim ona lazımi yardım göstərməyə çalışsa da, kömək edə bilməyib.

Musiqiçi folk-rokun nümayəndəsi olub, yaradıclığı boyu 20 albom buraxıb. Onunla birgə çıxış edən xanım müğənni Emi Riqbi deyib ki, o, əvvəlcə Olninin hərəkətsiz olduğunu görəndə fasilə verdiyini düşünüb. "Gözəl insan, əfsanə, şair və bəstəkar öldü", - Emi Feysbukda yazıb.

Alpər