Video 10:28 21.04.2018

Tanınmış aparıcı yenidən "Xəzər"ə qayıtdı (VİDEO)

Fira ləqəbi ilə tanınan aparıcı Firuzə Cəlilova yenidən "Xəzər" telekanalında efirə qayıdıb.  

Axşam.az-ın məlumatına görə, Fira "Təhsilə dair” adlı verilişlə tamaşaçı qarşısına çıxacaq.

Bu barədə aparıcı sosial şəbəkədə məlumat verib. O, yeni proqramının anonsunu səhifəsində yerləşdirərək yazıb:
"Bir çoxunuz narahat idiniz ki, "Xəzər TV”dən uzaqlaşmışam, ya yox.  Sizi sevindirim, əzizlərim. Xeyr, mən doğma ailəmlə birlikdəyəm. Odur ki, həftə içi 5 gün "Təhsilə dair”də görüşərik”.

Qeyd edək ki, bir müddət əvvəl Firanın "O başdannan” verilişi  və radiodakı "Danışır Xəzər” proqrami bağlanıb və bu, aparıcının telekanaldan çıxarılması xəbərinin yayılmasına səbəb olub.