Maqazin 22:05 02.01.2018

Tanınmış aparıcının verlişi bağlandı, kanaldan ayrıldı (FOTO)

Aparıcı Tural Ozan "Lider” televiziyasından ayrılıb.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Az xərclə” verilişinin yayımını dayandırıb. Tural yeni təklifləri müzakirə edə biləcəyini deyib:

"Lider TV-də yayımlanan proqramım çöl çəkilişilərindən ibarət olduğu üçün həm hava şəraiti, həm də uğurlu layihə hazırlamaq səbəbindən verilişi dayandırmışam. Hazırda maraqlı və səviyyəli televiziya layihələri üçün başqa kanallar və prodakşnlarla nələrisə müzakirə edə bilərəm. Təkliflərə açığam. 2018-ə böyük nələrləsə başlamaq lazımdır”.

Xatırladaq ki, Tural əvvəllər "Space” kanalında maqazin verilişlərinin aparıcısı olub. Aparıcı ötən ilin oktyabrında "Lider” televiziyasına keçib.