Sənət 17:58 09.01.2018

Tanınmış aşığın səhhəti ilə bağlı yeni xəbər

Aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Vüqar Mahmudoğlunun vəziyyəti nisbətən stabilləşib.

Bu barədə kult.az-a aşığın yaxınları məlumat veriblər.

Hazırda həkimlər müalicə imkanının yaranmasını gözləyirlər:

"Müalicə üçün ürəyin bərpası lazımdır. Həkimlər bu gecədən artıq orqanizmin özünü bərpa etdiyini deyiblər. Stabillik belə davam edərsə, günün ikinci yarısından müalicəyə başlanılacaq”.

Qeyd edək ki, Vüqar Mahmudoğlunun ürəyinə 5 stend qoyulub.