Tanınmış sənətçi, ötən illərin məşhur müğənnilərindən olan Züleyxa Mirismayılovadan xəbər var.

Milli.Az-a daxil olan məlumata görə, müğənni sənət fəaliyyəti ilə çoxdan vidalaşıb. Hətta bu günlərdə ən yaxın sənət dostunun belə ad gününə dəvət olunmağına baxmayaraq gəlməyib. Sənətdən küsüb-inciyən müğənni hətta bir çox sənət dostları ilə də əlaqələrini kəsib.

Qeyd edək ki, müğənnidən uzun illərdir heç bir xəbər yox idi. Hətta onun xarici ölkədə yaşadığı ilə bağlı şayiələr də gəzirdi.