Xəbər lenti

Tanınmış həkim qazdan boğulub öldü
Ölkə 13:05 17.01.2025

Tanınmış həkim qazdan boğulub öldü

Mərkəzi Hərbi Hospitalın tanınmış həkimi, lor-cərrah Gündüz Məmmədov bədbəxt hadisə nəticəsində vəfat edib.

Qaynarinfo Medicina.az-a istinadən xəbər verir ki, o, Şamaxıdakı evində qaz sızması nəticəsində dünyasını dəyişib.

Hadisə baş verən vaxt G.Məmmədovun evdə tək olduğu bildirilib.

Məlumata görə, həkim Bakıdan ezamiyyətə yola düşüb, bir gün Şamaxıdakı bağında qalıb oradan Gəncəyə getməyi planlaşdırırmış.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->