Siyasət 13:44 18.01.2020

Tanınmış iqtisadçı jurnalist Odər Qəninin namizədliyi qeydə alındı

Tanınmış iqtisadçı jurnalist, maliyyə və bank sektorunun eksperti kimi də fəaliyyət göstərən "P.S Media"nın rəhbəri Odər Qəninin deputatlığa namizədliyi DSK tərəfindən 26 saylı Sabunçu birinci seçki dairəsindən qeydə alınıb.

Bu barədə jurnalistin sahibi olduğu kommersant.az maliyyə və biznes portalında məlumat verilib.

Odər Qəni bu gündən etibarən fəal ve geniş təbliğat kampaniyasına başlayacağını bildirib. Qeyd edək ki, iqtisadçı jurnalistin namizədliyi "Ümid" partiyasından irəli sürülüb. Onun əsas rəqibi isə sözügedən dairədə 15 ildir millət vəkili postunu tutan Fazil Mustafadır.