Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan Vəlizadə dünən gecə avtomobil qəzası keçirib.

Qaynarinfo xəbər verir ki, azxeber.az qəzanın görüntülərini əldə edib. Videoda avtomobillərdən birinin qırmızı işıqda keçdiyi aydın görünür. 

Hadisə zamanı müğənni həmkarı Zeynəb Həsəni ilə birlikdə olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb.

Sənətçilərin hər ikisi xəstəxanaya yerləşdirilib.