Sənət 17:17 12.08.2014

Tanınmış rejissor reanimasiyaya yerləşdirildi

Tanınmış kinorejissor Rövşən Almuradlı dünən reanimasiyaya yerləşdirilib. 

Axar.az xəbər verir ki, bu barədə rejissorun oğlu Kamal Almuradlı öz Feysbuk hesabında status yazaraq məlumat verib: “Dünən atamı ürəyindəki kəskin ağrılarla əlaqədar reanimasiyaya yerləşdirdik. Sənsiz mən kiməm ki?! Dözümlü ol, ATA!!!” 

K.Almuradlı Axar.az-a bildirib ki, atası Sumqayıtda kardiologiya şöbəsində reanimasiyaya yerləşdirilib: “İndi özünə gəlib, həkimlər infarkta keçməməsi üçün çalışır”. 

Xatırladaq ki, bir müddət əvvəl Rövşən Almuradlı VHP sədri Sabir Rüstəmxanlının sərəncamına əsasən partiya sədrinin mədəniyyət məsələləri üzrə müşaviri təyin olunmuşdu.

Qaynar.info