Ölkə 13:41 06.11.2017

Tanınmış şairimiz xəstəxanaya yerləşdirildi

Tanınmış şair Rüstəm Behrudi özəl xəstəxanaların birinə yerləşdirilib. O, bu saatlarda əməliyyat olunacaq.

"Qaynarinfo" xəbər verir ki, yenicag.az xəstəxana ilə əlaqə saxlayıb. Şairin həkimi Cəfər Nəsirli xəbəri təsdiqləyib:

"Bu dəqiqələrdə Rüstəm Behrudi əməliyyata hazırlanır. O, əzələ yırtığından əziyyət çəkir. İnşallah, əməliyyat uğurla keçəcək”.

Qeyd edək ki, Rüstəm Behrudi bundan öncə ağır ürək əməliyyatı da keçirib.
 
Qaynarinfo.Az