Dünya 13:25 13.11.2013

Tapdığı 98 min dolları sahibəsinə qaytardı - FOTO


“Mən çox xoşbəxtəm ki, bu hərəkəti etdim”

Oxu.Az xəbər verir ki, Nyu-Heyvendə, Konnektikut ştatında Noah Maroff və onun həyat yoldaşı aldıqları gözəl əşyanı otağa keçirə bilməyiblər və bunun üçün onu sökməyə başlayıblar.

Masanı sökən ər və arvad onun içərisində 98 min dollar pul olan çanta aşkarlayıblar. 

“O saat arvadım və mən bir-birimizə baxdıq və dedik: “Biz bu pulu özümüzdə saxlaya bilmərik” - deyə, Maroff WTNH-ə bildirib.

Onlar dərhal masanı aldıqları qadına zəng edib tapıntı barədə məlumat veriblər.

Sən demə qadın miras aldığı pulları orada gizlədib və yaddan çıxarıb. Maroff pulu qadına geri qaytarıb. Onun sözlərinə görə, bu hərəkəti etdiyi üçün çox xoşbəxtdir.


Qaynar.info