Dünya 09:49 18.12.2018

Tarantinonun evi qarət olundu (FOTO)

Dünya şöhrətli amerikalı rejissor Kventin Tarantinonun Los Ancelesdə yerləşən evi qarət olunub.

Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, rejissor hadisə zamanı evdə olub və pəncərədən daxil olan oğruları evi tərk etməyə məcbur edib. Bildirilir ki, Tarantinonun zinət və digər əşyaları oğurlanıb. 

Hadisə 2 kişi tərəfindən törədilib. Polis cinayətkarları axtarır.

Gülşən