Ekonomiks 22:21 08.07.2018

Tarix təkrarlanmadı: Bitcoin-in taleyi necə dəyişdi?

"Tarix təkrarlanır” ifadəsi Bitcoin-in ilin ikinci rübündə göstərdiyi performans üçün keçərli deyil.

Ötən həftənin sonunda qeydə alınan nəticələrə görə, Bitcoin-in qiymətində 8% eniş yaşandı. Bu enişlə Bitcoin-in 7 illik ikinci rübdəki artım seriyası pozuldu.

Bitcoin həmişə ilin ikinci rübündə uğurlu qrafik sərgiləmişdi. Məsələn, 2011-ci ilin ikinci rübündə Bitcoin təxminən 2000% yüksəlişlə rekord qırmışdı.

Əslində, bu dəfə də ciddi canlanma gözlənilirdi, lakin baş tutmadı. İlin ilk rübündə 50% dəyər itirən Bitcoin aprelə yaxşı başlasa da, sonradan davamını gətirə bilmədi.

Aprel ayı necə keçdi?

Aprelin əvvəlində Bitcoin üçün həyəcan yarandı. Ancaq analitiklərin əksəriyyəti qrafiklərdə görünülməsi istənilməyən "death cross” formasiyasını tapdıqda, çoxları enişin qaçılmaz olduğunu anladı.

Aprelin sonunda vəziyyət Bitcoin üçün çox da pis deyildi, ancaq mayda hər şey pisləşdi.

May ayında nə oldu?

Bəzi analitiklər mayda buğa bazarı xəyalları qurarkən Bitcoin-in 10 min dolları keçəcəyini bildirdi, ancaq bu reallaşmadı. Mayın ortasında işlər daha pis hal aldı.

Mayda heç cür özünə gələ bilməyən Bitcoin ayın sonunda 19% dəyər itirdi.

İyun: 2018-ci il ən aşağı səviyyələri

Bitcoin iyunda da gözlənilən nəticəni vermədi və uzun müddətli göstəricilər ayı bazarına işarə etməyə başladı. Ayı bazarının davam edəcəyini bildirən analitikləri haqlı çıxaran Bitcoin ilin ən aşağı səviyyəsini gördü.

Üçüncü rübdə nə olacaq?



Bitcoin üçün ilin 2-ci rübünün yaxşı olmadığını qeyd etdik. Artıq 3-cü rüb başlayıb.

Tarixi məlumatlar Bitcoin-də yüksəlişə işarə etsə də, diqqətli olmaq lazımdır. Bu mərhələdə nələrin baş verəcəyini söyləmək çətindir. (Kripto.az)