Dünya 20:05 11.02.2018

Tarixə adını yazdırmış 5 qadın dəniz qulduru (FOTOLAR)

Daha çox kişilər dəniz qulduru kimi tarixə düşsələr də, cinayətkarlığın bu növü ilə məşğul olmuş qadınların sayı da kifayət qədər olub. Tarixə adını yazdırmış qadın dəniz quldurları yaşadıqları dövrlərdə yaşatdıqları qorxu və dəhşətlə məşhur idilər.

Qaynarinfo bu günə qədər xatırlanan 5 qadın dəniz quldurunu təqdim edir.

Çinq Şi

 
Tarixin ən yaddaqalan qadın dəniz quldurlarından biri çinli Çinq Şi olub. O, həyat yoldaşı ilə birlikdə Cənubi Çin dənizində 50 min nəfərdən ibarət dəniz imperatorluğu yaratmağı bacarıb. Şinin istifadəsində silahlar, yüzlərlə gəmi, minlərlə qayıq olub.

Enn Bonni 

 
Enn Bonni varlı irland vəkilin qeyri-qanuni övladı olaraq doğulub. Gənclik dövründə ABŞ-a köçərək 1718-ci ildə dənizçi ilə ailə həyatı quran Bonni səyahətlər dövründə dəniz quldurlarının hücumlarına şahid olub. O, daha sonra həyat yoldaşını tərk edərək dəniz quldurluğu ilə məşğul olmağa başlayıb.

Meri Red 

 
XVII əsrin sonlarında İngiltərədə doğulan Redin uşaqlığı nənəsi və ögey qardaşının yanında səfillik içində keçib. 1710-cu ildə dəniz quldurları təmizlədiyi gəmini ələ keçirəndən sonra macəralı həyatına start verilib. Özünü Kaliko Cek Rakhamın gəmisində tapan Red burada Enn Bonni ilə tanış olub. Gəmidə cəmi bir neçə ay fəaliyyət göstərsə də, dəniz qulduru adı ilə şöhrət qazanmağa nail ola bilib.

Qreys O'Melli

 
Təxminən 1530-cu illərdə İrlandiyada aristokrat ailəsində doğulan Qreysi ingilislər təhlükəli üsyançı, tərəfdarları isə qorxmaz və hiyləgər lider kimi təqdim edirdi. Atası dənizçi olan O'Melli qızların bu peşə ilə məşğul olmağına qoyulan məhdudiyyətə etiraz olaraq saçlarını kəsib, kişi paltarı geyinərək bu peşə ilə məşğul olmağa başlayır. O'Flahörti adlı şəxslə evlənəndən sonra cütlük birlikdə İrlandiyanın qərb sahillərinə nəzarət etməyə başlayır. Həyat yoldaşını itirəndən sonra Qreys gəmiləri soymağa, xərac almağa start verib.

Reyçl Voll

 
Reyçl Voll barədə məlumatlar əfsanələrdən ibarətdir. Gənc yaşında evdən qaçaraq Corc Voll adlı şəxslə evlənən Reyçlın dəniz qulduru kimi fəaliyyəti 1781-ci ildən başlayır. Həyat yoldaşı ilə birlikdə pul qazana bilməyən Reyçl qayıqla fırtınada kömək gözləyən gəmilərə hücum edərək insanları öldürür, onların mallarını talan edirdi.

Gülşən