"Yuventus" futbol tarixinin ən bahalı transferini reallaşdırmaq istəyir. 

Qaynarinfo "Don Balon"a istinadən xəbər verir ki, Turin klubu Harri Keyni hədəfə alıb.

Paulo Dibalanın yanına bir ulduz transfer etmək istəyən "Yuventus" "Tottenhem"ə təklif göndərməyə hazırlaşır. İtalyanların bu transfer üçün İngiltərə klubuna 250 milyon avro təklif edəcəyi deyilir.

Bu transfer baş tutsa, futbol tarixinin ən bahalı keçidi olacaq. Hazırda ən bahalı transfer Neymar hesab olunur. Braziliyalı futbolçu "Barselona"dan PSJ-yə 222 milyon avroya keçib.