Ölkə 17:28 02.02.2013

Tarixin Tolikə çevrilməsi

Seyymur Baycan

Bu söhbəti bir neçə dəfəyazmışam. "Qafqaz" Universitetində bir hocamız vardı - Muhammed Yava.Dini yönümlü bir universitetdə dərs deməsinə baxmayaraq, kifayət qədəraçıq fikirli, reallıqla yaşayan, ayıq insan idi.

Muhammedhocanı xoş duyğularla xatırlayıram. Bir neçə dəfə yekəbaşlıq edərək,onunla yersiz mübahisə etmişdim, amma o, əsl müəllim kimi bumübahisələri şəxsi intriqaya çevirməmişdi. Onun vasitəsi ilə o vaxtlarxeyli faydalı kitablarla, əsərlərlə tanış oldum. Muhammed hoca o vaxtlartez-tez deyərdi ki, Türkiyənin evini iki şey yıxdı:

1. Osmanlı nostalgiyası;
2. Şou.

TürklərOsmanlı nostalgiyasına qapılaraq bu günlə, gələcəklə yox, keçmişləyaşadılar. Reallıq hissini itirdilər. Məlumdur ki, keçmişlə yaşayan,keçmişindən həzz alan xalqın gələcəyi bir az dumanlı görünür. Xüsusən oxalqların ki, bu günü o qədər də yaxşı vəziyyətdə deyil. Nağıllardadeyildiyi kimi - geriyə baxan daşa dönür.

O kiqaldı şouya, Muhammed hocanın şou haqqında dedikləri mənə o vaxtlarçatmırdı. Necə yəni şou Türkiyənin evini yıxdı? Axı müğənnilər vəaparıcılar bir ölkənin evini necə yıxa bilər? Özü də bu sözü o vaxtlareşidirdim ki, müğənnilərin həyatı bizim üçün hədsiz maraqlı idi.

Sərhədlər təzə açılmışdı. Türkiyəni Türkan Şorayın, İbrahim Tatlısəsin, Fərdi Tayfurun filmlərindən tanıyırdıq.

Yadımdadı, bir müəllimimiz üzr istəyirəm, Sibel Cana Zibil Can demişdi və bu mənim xətrimə dəymişdi.

Eləbu cümlələri yazarkən daha bir əhvalat yadıma düşdü. Türk dili vəədəbiyyatı dərsində hocamız bizə Həkimoğlu İsmayılın hansısa əsərindənbir hissəni vermişdi. Üzünü köçürmək üçün. O vaxtlar ara bu qədəraçılmamışdı. Bu qədər kanal, qəzet, jurnal yox idi. Türk dilini öyrənməküçün hər həftə Türkiyədə nəşr olunmuş bir kitab oxumaq məcburiyyətindəidik. Qısası, bir qız təxminən üsyan etdi ki, bizə verilən mətnmaraqsızdı, bu mətndənsə bizə üzünü köçürmək üçün hansısa müğənnininmüsahibəsini versinlər. Belə bir vaxtda mən Muhammed hocanın şouhaqqında dediklərini heç cür anlaya bilməzdim. Əlbəttə, biz insanlarbizə lazım olan sözlərin çoxunu vaxtında eşidirik, sadəcə zamanında osözlərin nə qədər gərəkli və dəyərli olduğunu anlaya bilmirik. Sonralarhəyatımızda baş verən hadisələr, gördüklərimiz o sözlərin həqiqimənasını və ağırlığını bizə başa salır. Zaman keçdikcə, şoununAzərbaycanda əsl sifətini gördükcə, mən Muhammed hocanın nə deməkistədiyini anlamağa başladım. Təxminən yeddi ildi mən şounun necəməhvedici bir qüvvə olması haqqında davamlı olaraq yazılar yazmaqdayam.Bəzən özüm də bu mövzuda bu qədər yazı yazmaqdan bezirəm, amma nəetməli, gördüklərim hər dəfə yenidən bu mövzuda yazı yazmağa məni məcburedir. Sakit dayanmaq, baş verənlərə müşahidəçi kimi kənardan baxmaqmümkün deyil. Təxminən bir həftə əvvəl ATV kanalında bir "şou-maqazin"verilişində anons verdilər. Prodüser Tolikin həyatından ən gizlinməqamlar verilişdə açıqlanacaqdı. Bəli, mən gördüm ki, Tolikin həyatınıartıq insanlar üçün maraqlı ediblər. Bizi bu vəziyyətə gətirib çıxarmağıbacardılar. Ki, gözləyin, prodüser Tolikin həyatında baş vermiş və bugünə qədər heç kimə məlum olmayan məqamlar verilişdə Tolikin öz dilindənaçıqlanacaq. Uzağa getməyək, biri elə mən özüm. Kanalı çevirmədim,oturdum televizorun qarşısında və gözlədim ki, görüm Tolikin həyatındamaraqlı və bizə məlum olmayan hansı hadisə baş verib? Mən hələ Allahqoymasa, guya bu xalqın yazarıyam, indi görün bu xalqın xalaları,bibiləri, əmiləri nə gündədi.

Bəli, əzizbacılar və qardaşlar, Tolik başladı həyatından danışmağa. Danışdıqca gahgüldü, gah kövrəldi, bir-iki dəfə lap dərindən kədərləndi. SonraTolikin 1998-ci ildə baş tutmuş toyundan kadrlar göstərdilər. BaxdımTolikə və onu çox çətinliklə tanıdım. 1998-dən üzü bəri Tolik çoxdəyişikliyə məruz qalıb. Kökəlib, geyimi, davranışları, danışığı tamamdəyişib. Toy kadrlarına baxdıqca az qala təəccübdən heykələ dönməkdəidim. O vaxtlar Tolik, indi tanıdığımız Tolik deyildi, o vaxtlar Tolikinadı Tarix idi. Daha dəqiqi, o vaxt Tolik Tarix Əliyev idi. TarixƏliyevin toyu balaca bir məkanda keçirilirdi. Tarix Əliyev başdaoturmuşdu. Təzə bəy kimi komanda verirdi ona-buna. Onu gətir, bunugətir. Filan salatı ora qoy, filan limonadı bura qoy. Arıq oğlan idiTarix Əliyev. Toy kadrlarında gördüyüm Tarix Əliyevin əməlli-başlı qaqaşvidi vardı. Məsələn, 98-ci ilin Tarix Əliyevi indi yolda mənə nəsədayandığım yerdə ilişsə, sakitcə onu yola verərəm. Baş qoşmaram. Sözünaçığı, baş qoşmaram deyəndə, onun görünüşündən qorxaram. Tarix Əliyevtoy kadrlarında tamam başqa bir görünüşdə, tamam başqa qiyafədə idi.Yəni elə bir görünüşü vardı ki, elə bil indicə kimisə bıçaqlayacaq,kimisə söhbətə çəkəcək, məhləyə "çujoy"un gəlməsinə imkan verməyəcək.Qərəz, 98-ci ildəki Tarix Əliyevlə bugünkü Tolik arasında dəhşətlidərəcədə fərq var. Tanımasan, adam heç cür inanmaz ki, bu Tarix Əliyevböyüyəndə Tolik olacaq. Qərəz, söhbət uzundu.

Gördüklərimiifadə etmək mümkün deyil. Yalnız həmin verilişə baxanlar məni başa düşəbilər. Bəli, toy kadrlarından sonra Tolikin evini millətə göstərdilər.Dəbdəbə, var-dövlət, genişlik, rahatlıq, imkan...

Məngözümü ekrandan ayırıb, kirayədə yaşadığım evə nəzər yetirdim. Soyuq,kasıblıq, tozlu kitablar, köhnə və depressiv qəzetlər, kaktus, balıqkonservası, xarab alışqanlar, boranı tumu, divarda Emin Milliylə AdnanHacızadənin fotoları, axmaq və gülməli bir elektrik sobası, cırıltısıbeyin aparan divan... Bu prodüser Tolikin evi, bu da guya Allah qoymasa,dörd kitab müəllifinin və guya Allah qoymasa, az-çox oxunan bir yazarınevi...

Xahiş edirəm, düzgün başa düşün, mənTolikin paxıllığını çəkmirəm. Əsla! Sadəcə, söhbət ondan gedir ki, Tolikartıq nümunədir. Bəli, bəli, bəli, Tolik bir nümunədir. Onun dəbdəbəlievini göstərirlər və millətə mesaj ötürürlər ki, siz də Tolik olun,sizin də belə eviniz olsun. Əlbəttə, Tolik də olmalıdı. Sadəcə, adamlaraözünü realizə etmək üçün bərabər şans tanınmalıdı. Yoxsa, bütünkanalları doldur prodüserlə, müğənniylə, idmançıyla, onların dəbdəbəlievlərini, qarderoblarını millətə göstər, əlbəttə ki, millətin övladlarıbu rahatlığı, bu dəbdəbəni tapmaq, əldə etmək üçün Tolik olmağaçalışacaq. Kitabdan, dəftərdən yox, mikrofondan yapışacaq. Kitabxanayayox, güləş döşəyinə üz tutacaq.

Telekanaldaişləyən bir tanışım nəql edirdi ki, atalar öz qız övladlarını mahnıyarışmasına gətirirdilər ki, orda onların qız övladlarından müğənnidüzəltsinlər.

Mən Tolikin əsla paxıllığınıçəkmirəm, sadəcə, ATV kanalı bir daha həqiqəti mənə göstərdi. Sağolsunlar, bir daha həqiqəti gördüm. Hansı ölkədə yaşadığımı bir dahadərk etdim...

Sözün həqiqi mənasında mənimToliklə heç bir davam yoxdu. O hardadı, mən harda? Tolik istəsə məni birgünə Azərbaycandan sürgün etdirər. Sadəcə, günümüzün reallığını yazmaqistədim. Yəqin Tolik görüb ki, daha Tarix Əliyev olmaq sərfəli deyil,yaşamaq lazımdı, vəziyyəti qiymətləndirib, dönüb Tolik olub. Özü dəTolik vəziyyəti hərtərəfli qiymətləndirib. O qədər hərtərəfliqiymətləndirib ki, hətta Yeni Azerbaycan Partiyasına da üzv olub. Mənəhər seçkidən sonra qohumlar, tanışlar itin sözünü deyirlər, Tolik isəhakimiyyətdə olan bir partiyanın üzvüdü.

Siyasibaxımdan belə Tolik reallığı daha çox dərk edib. Trotski demişkən -reallığı dərk etmək qələbənin yarısı deməkdi. Tolik reallığı daha yaxşıgörüb, mən isə iyirmi ildi Əli Kərimli ilə İsa Qəmbərin nə vaxtbirləşəcəyini gözləməkdəyəm və hər seçkidən sonra ən pis adamlardankinayə ilə deyilmiş "gördün?" sözünü eşitməkdəyəm.

Rəmzlərlədanışmağı sevmirəm. Amma Tolikin keçmiş adı çox şeyi deyir, çox şeyiaçır. Tarix. Bəli, bacılar və qardaşlar, Azərbaycan tarixi faktikiolaraq indi özünün Tolik dövrünü yaşayır.

kultura.az