Dünya 15:18 02.07.2013

Tarkana qarşı şok iddia

ABŞ-ın Luiziana ştatında yaşayan Miranda Miley adlı qadın Tarkanın internetdən tapdığı şəklini polisə verərək müğənninin ona təcavüz etdiyini bildirib. 

Qaynar.info-nun məlumatına görə, 36 yaşlı qadın Runfalo adlı birisi ilə iki həftə əvvəl tanış olub. 

Qadının polisə verdiyi izahatda Runfalo ondan telefon nömrəsini və evinin ünvanını alıb və iki həftə onu izləyib. 

Amma polislər Runfalo ilə bağlı araşdırma apararkən onun həqiqi insan olmadığnı ortaya çıxarıblar. 

Hətta qadın bir gün polisə zəng edərək Runfalonun zorla onun evinə girdiyini, onu döydüyünü deyib. 

İlkin istintaqdan sonra polislər həmin qadının psixi problemlərinin olduğunu öyrəniblər. 

Qaynar.info